Bakı. 29 iyun. REPORT.AZ/ "Mənə verilən məlumatlara görə, "Latsio" ilə danışıqlar aparılır".
"Report"un "Corriere dello Sport"a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın İtaliyadakı Fövqəladə və Səlahiyyətli səfiri Vaqif Sadıqov deyib.
İtaliyanın "Latsio" klubuna Azərbaycan şirkətinin sponsorluq etməsi ilə bağlı yayılan məlumatlara fikir bildirən səfir bunu təsdiqləyib.
"Azərbaycanda fəaliyyət göstərən şirkət tərəfindən danışıqlar aparılır. Lakin detallar hələ də açılmayıb. Əlbəttə ki, futbol ən kütləvi auditoriyaya sahibdir. Azərbaycanda da idmana, futbola xüsusi diqqət var və biz idmanı sevirik" - deyə V.Sadıqov bildirib.