Azərbaycanın futbol üzrə milli komandasına baş məşqçinin təyin olunacağı gün açıqlanıb

Azərbaycanın futbol üzrə milli komandasına baş məşqçinin təyin olunacağı gün açıqlanıb AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb
Futbol
25 Noyabr , 2014 14:20
Azərbaycanın futbol üzrə milli komandasına baş məşqçinin təyin olunacağı gün açıqlanıb

Bakı. 25 noyabr. REPORT.AZ/ AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və yeri açıqlanıb. "Report"un məlumatına görə, komitə üzvləri dekabrın 3-də saat 11:00-da AFFA-nın inzibati binasında bir araya gələcəklər. 

Gündəliyə 5 məsələ daxil edilib. Bu sıraya Məşqçilər Komitəsinin yaradılması, Əsasnaməsi və üzvlərinin təsdiqi, milli komandanın baş məşqçisinin təsdiqinin müzakirəsi, U-21 yığma komandasının baş məşqçisinin təsdiqinin müzakirəsi, Klublar Komitəsinin yaradılması və Əsasnaməsinin təsdiqi, Lisenziyalaşdırma qrupunun məlumatı və digər məsələlər aiddir.

Son xəbərlər

Orphus sistemi