Bakı. 22 aprel. REPORT.AZ/ 17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan millisi ilə eyni qrupda yer alan Şotlandiya yığmasının heyəti açıqlanıb. "Report"un Şotlandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Skot Qemmil Bakıya 18 oyunçu gətirəcək.
Yekun siyahıda 2 qapıçı, 5 müdafiəçi, 6 yarımmüdafiəçi və 5 hücumçu yer alıb:
Qapıçılar: Aydan MakAdams ("Seltik"), Kiran Rayt ("Reyncers")
Müdafiəçilər: Daniel Baur ("Harts"), Den Meredit ("Vest Bromviç", İngiltərə), Toni Qallaxer ("Falkirk"), Liam Heqarti ("Middlsbro", İngiltərə) Aydan Uilson ("Reyncers")
Yarımmüdafiəçilər: Freyser Hornbi ("Everton", İngiltərə), Liam Bart ("Reyncers"), Kayl MakAllister ("Sent Mirren"), Cordan Holsqrouv ("Ridinq", İngiltərə), Cek Tomson ("Reyncers"), Brok Vatson ("Seltik")
Hücumçular: Zak Rudden ("Reyncers"), Cek Aytçison ("Seltik"), Lüis Morrison ("Kilmarnok"), Konnor MakLennan ("Aberdin"), Cek Adamson ("Reyncers").