Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Rusiya yığmasını məğlub edib

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Rusiya yığmasını məğlub edib Komandamız hazırda 6 xalla qrup 4-cüsüdür
Futbol
17 Noyabr , 2015 18:57
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Rusiya yığmasını məğlub edib

Bakı. 17 noyabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2017-nin seçmə qrup mərhələsində ilin son oyununu keçirib. "Report"un məlumatına görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda Rusiya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Bayıl stadionunda keçirilib. İsraildən olan Eytan Şmuelevitsin idarə etdiyi matçda komandamız rəqibinə qalib gəlib - 3:0. Görüşdə Kərəm Benke (11, 39) dubl edib, Elşən Abdullayev (69) isə penaltidən fərqlənib.

Seçmə mərhələnin 7-ci qrupunda çıxış edən Azərbaycan millisinin aktivində Rusiya yığması ilə görüşə qədər yalnız 1 qələbə var idi. Komanda yalnız Farer adalarını məğlub etməyi bacarıb. Avstriya və Almaniyaya məğlub olan U-21 rəqib qapısından 5 top keçirib və 16 qol buraxıb. Azərbaycanın 21 yaşadək futbolçuları hazırda 6 xalla qrup 4-cüsüdür.

Azərbaycan U-21 - Rusiya U-21 - 3:0

Qollar: Kərəm Benke, 11, 39; Elşən Abdullayev, 69 (pen.)

Baş hakim: Eytan Şmuelevits

Yan xətt hakimləri: Nissan Davidi, Roy Hassan

Dördüncü hakim: Ziv Adler (hamısı İsrail)

Bakı. Bayıl stadionu

Qeyd edək ki, 21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi 2017-ci ildə Polşada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi