Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması bu gün Avstriya ilə üz-üzə gələcək

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması bu gün Avstriya ilə üz-üzə gələcək Görüş "Dalğa Arena"da keçiriləcək
Futbol
4 Sentyabr , 2015 13:35
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması bu gün Avstriya ilə üz-üzə gələcək

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2017-ci il Avropa çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirəcək. "Report"un məlumatına görə, rəqib Avstriya yığması olacaq.

Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da baş tutacaq qarşılaşma saat 19:00-da başlanacaq. Oyunu Denis Şerbakovun başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edəcək.

Bu, Azərbaycan millisinin 7-ci seçmə qrupda ikinci oyunu olacaq. İyunun 17-də keçirilmiş qrupun açılış oyununda baş məşqçi Yaşar Vahabzadənin komandası səfərdə Farer adaları yığmasına qalib gəlib - 1:0. Avstriya, eləcə də qrupdakı digər ölkələr - Finlandiya, Almaniya və Rusiya yığmaları hələ ilk oyununu keçirməyib. Finlandiya və Rusiya bu gün üz-üzə gələcək. Almaniya isə ilk qarşılaşmasını sentyabrın 8-də Bakıda Azərbaycanla oynayacaq.

AVRO-2017

Seçmə mərhələ, 7-ci qrup

4 sentyabr

19:00. Azərbaycan - Avstriya

Baş hakim: Denis Şerbakov

Baş hakimin köməkçiləri: Andrey Getikov, Yevgeni Romanov

Dördüncü hakim: Vadim Pançanka (Hakimlər briqadası Belarusdandır)

UEFA nümayəndəsi: Bakar Jordaniya (Gürcüstan)

Hakim-inspektor: Viktor Mintoff (Malta)

Qeyd edək ki, oyun CBC Sport CBC kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Son xəbərlər

Orphus sistemi