Azərbaycanın 2 futbolçusu İspaniya klubuna keçib

Azərbaycanın 2 futbolçusu İspaniya klubuna keçib Şəfəq Nəsirova və Maya Danqadze “Deportivo Kanillas”da çıxış edəcək
Futbol
12 Yanvar , 2015 16:25
Azərbaycanın 2 futbolçusu İspaniya klubuna keçib

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanın müxtəlif yaş qruplarından ibarət qadın yığmalarının şərəfini qoruyan iki qadın futbolçu İspaniya klubuna transfer olub. "Report"un məlumatına görə, U-19-un üzvü Şəfəq Nəsirova və U-21-in şərəfini qoruyan Maya Danqadze İspaniyanın “Deportivo Kanillas” klubuna keçib. 

Bir sıra yoxlama görüşlərində və müxtəlif turnirlərdə çıxış etmiş futbolçular məşqçilər korpusunun rəğbətini qazanıb. Bu səbəbdən hər iki futbolçunun yaxın günlərdə lisenziya almaqla rəsmi oyunlarda da iştirakı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi