Azərbaycanda oyun zamanı qeyri-etik hərəkətə yol verən futbolçu komandasından kənarlaşdırılıb

Azərbaycanda oyun zamanı qeyri-etik hərəkətə yol verən futbolçu komandasından kənarlaşdırılıb Rüfət Quliyev: "Fərrux Rəhimovu oyundan dərhal sonra qeyri-müəyyən müddətə cəzalandırdıq"
Futbol
22 Aprel , 2016 13:04
Azərbaycanda oyun zamanı qeyri-etik hərəkətə yol verən futbolçu komandasından kənarlaşdırılıb

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycan I Divizionunun XXIII turunda "Şərurspor"la oyun zamanı komanda yoldaşına qeyri-etik jest edən futbolçu Fərrux Rəhimov "Ağsu" komandasından kənarlaşdırılıb. Bu barədə "Report"a komandanın baş məşqçisi Rüfət Quliyev məlumat verib.

R.Quliyevin sözlərinə görə, bu qərar 2:3 hesabı ilə uduzduqları oyundan dərhal sonra çıxarılıb. Baş məşqçi F.Rəhimovun qeyri-müəyyən müddətədək kənarlaşdırıldığını bildirib. Lakin o, 26 yaşlı müdafiəçinin qeyri-etik jestindən xəbərsiz olduğunu söyləyib. Gənc mütəxəssis bu qərarı F.Rəhimovun peşəkar futbolçu kimi onu qane etməməsi ilə əlaqələndirib: "Matçı cəzalandırıldığım oyun üçün cəriməm ödənilmədiyindən, tribunadan izləyirdim. Ona görə Fərruxun hansı hərəkətə yol verdiyini görə bilmədim. Amma peşəkar futbolçu kimi bizi qane etmədiyi üçün komandadan kənarlaşdırdım". 

Qeyd edək ki, xoşagəlməz olay matçın 30-cu dəqiqəsində baş verib. Fərrux Rəhimov qol vuran komanda yoldaşı Elnur Mustafazadəyə qarşı qeyri-etik hərəkətə yol verib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2. 

Son xəbərlər

Orphus sistemi