Azərbaycanda oyun zamanı hakimlə məşqçi bir-birini söyüb

Azərbaycanda oyun zamanı hakimlə məşqçi bir-birini söyüb AFFA İntizam Komitəsi futbolçuları və baş məşqçini cəzalandırıb
Futbol
23 Fevral , 2016 14:49
Azərbaycanda oyun zamanı hakimlə məşqçi bir-birini söyüb

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanın aşağı yaşlılar arasında keçirilən futbol çempionatlarında hakimlərin təhqir olunma halları baş verib. "Report"un məlumatına görə, U-17 Liqasında AZAL-ın futbolçusu Əli Səfərov "Neftçi" İK ilə qarşılaşmada, "Bakı"nın oyunçusu Nicat Məmiyev isə "Xəzər Lənkəran"la qarşılaşmada belə hərəkətə yol verib.

Nəticədə onların hər ikisi AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılıb.

U-12 Liqasının "MKT-Araz" (İmişli) – "Bahar-Gİİ" (Beyləqan) matçı başa çatdıqdan sonra isə qonaq komandanın baş məşqçisi Xudaverdi Tumusovla oyunun baş hakimi bir-birini təhqir edib. X.Tumusov 5 oyunluq diskvalifikasiyaya məruz qalıb. Baş hakim haqqında isə Hakimlər Komitəsinin lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi