Azərbaycanda klub prezidenti istefa verib

Azərbaycanda klub prezidenti istefa verib Vüqar Astanov işlərinin çoxluğunu səbəb göstərib
Futbol
9 Avqust , 2016 17:06
Azərbaycanda klub prezidenti istefa verib

Bakı. 9 avqust. REPORT.AZ/ “Zirə” futbol klubunun prezidenti Vüqar Astanov tutduğu vəzifədən ayrılıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təsisçilərə müraciət edən V. Astanov işlərinin çoxluğunu səbəb göstərib. 

“Zirə”də prezident vəzifəsini müvəqqəti olaraq, icraçı direktor Natiq İsmayılov yerinə yetirəcək.

Qeyd edək ki, Vüqar Astanovun dövründə klub Azərbaycan Premyer Liqasını gümüş medalla başa vurub. Lakin lisenziyalaşmadan keçə bilmədiyi üçün "Zirə" Avropa Liqasına buraxılmayıb.  

Son xəbərlər

Orphus sistemi