​Azərbaycanda daha iki futbol komandası fəaliyyətini dayandırıb

​Azərbaycanda daha iki futbol komandası fəaliyyətini dayandırıb "Xəzər Lənkəran" U-16 Liqasından çəkilib
Futbol
19 Yanvar , 2016 12:15
​Azərbaycanda daha iki futbol komandası fəaliyyətini dayandırıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın iki futbol komandası fəaliyyətini dayandırıb. "Report"un məlumatına görə, bunlar U-15 liqasında mübarizə aparan "Təhsil" və "Xəzər Lənkəran"ın U-16 komandalarıdır.

Lənkəran klubundan bildirilib ki, U-16 komandası U-17 ilə birləşdirilib. Bununla da sözügedən komanda U-16 liqasından çəkilib.

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilmiş iclasında "Təhsil"in də çempionatdan kənarlaşdırılmasına qərar verilib. Komitə klubun çempionatdan çəkilmək haqda müraciətini qəbul edərək onları U-15 liqasından xaric edib və bütün qalan oyunlarına 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni cəzanın yaxın vaxtlarda "Xəzər Lənkəran"ın U-16 komandasına da tətbiq ediləcəyi gözlənilir. 

Qeyd edək ki, iki ay öncə Yardımlı "Dinamo"sunun U-14 və U-13, "Lerik Zirvə"nin U-14 və "Sərhədçi"nin U-13 komandaları da müvafiq liqalardan kənarlaşdırılıblar. 

Son xəbərlər

Orphus sistemi