Azərbaycan yığmasının uduzduğu görüşdə baş məşqçi meydandan kənarlaşdırılıb

Azərbaycan yığmasının uduzduğu görüşdə baş məşqçi meydandan kənarlaşdırılıb Nikolay Adamın komandası turnirdə 5-ci yer uğrunda mübarizə aparacaq
Futbol
8 Yanvar , 2015 19:40
Azərbaycan yığmasının uduzduğu görüşdə baş məşqçi meydandan kənarlaşdırılıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. "Report"un məlumatına görə, ikinci qrup mərhələsinin H qrupunda rəqib Cənubi Koreya yığması olub.

Peterburqski İdman-Konsert Kompleksində baş tutmuş görüş asiyalıların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Ötən gün Sankt-Peterburq komandasına da 2:4 hesabı ilə uduzan Azərbaycan millisi qrupda sonuncu olub. Baş məşqçi Nikolay Adamın komandası turnirdə 5-ci yer uğrunda mübarizə aparacaq. 

Qeyd edək ki, matçın 85-ci dəqiqəsində insident baş verib. Baş hakimin qərarına etiraz edən Nikolay Adam topu təpiklə göyə vurub. Nəticədə o, meydandan kənarlaşdırılıb. Bundan sonra tribunadakı azsaylı azərbaycanlı azarkeşlər hakimin ünvanına nalayiq ifadələr işlədiblər.

Son xəbərlər

Orphus sistemi