​Azərbaycan yığmasının "Şaxtyor" matçı üçün əsas heyəti açıqlanıb

​Azərbaycan yığmasının "Şaxtyor" matçı üçün əsas heyəti açıqlanıb Robert Prosineçki komandanın müdafiə olunarkən 4-1-4-1 siteminə keçəcəyini bildirib
Futbol
23 Fevral , 2015 13:21
​Azərbaycan yığmasının Şaxtyor matçı üçün əsas heyəti açıqlanıb

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının Ukraynanın "Şaxtyor" klubu ilə keçiriləcək oyunda meydana çıxacaq əsas heyəti açıqlanıb. "Report"un məlumatına görə, yığmanın baş məşqçisi Robert Prosineçki komandanın müdafiə olunarkən 4-1-4-1 sisteminə keçəcəyini bildirib.

Milli hücumda olarkən isə 4-3-3 sistemindən istifadə edəcək. Prosineçki Ukrayna təmsilçisi ilə mübarizədə ilk olaraq bu futbolçulara şans verəcək: Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Bədavi Hüseynov, Ruslan Abışov, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Namiq Ələsgərov, Əfran İsmayılov və Məhəmməd Qurbanov.

Qeyd edək ki, Azərbaycan - "Şaxtyor" görüşü fevralın 24-də baş tutacaq. Matç Bakı vaxtilə saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi