Azərbaycan yığmasının qapıçısı Avropa çempionatında rekorda imza atıb

Azərbaycan yığmasının qapıçısı Avropa çempionatında rekorda imza atıb Rövşən Hüseynli dəf etdiyi zərbələrin sayında Qustavo və İgitanı geridə qoyub
Futbol
4 Fevral , 2016 12:14
Azərbaycan yığmasının qapıçısı Avropa çempionatında rekorda imza atıb

Bakı. 4 fevral. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli Serbiyada keçirilən Avropa çempionatında rekorda imza atıb. "Report"un məlumatına görə, 25 yaşlı qolkiper İtaliya ilə qarşılaşmanın ilk yarısında 15 zərbəni dəf edib.

Bununla da Hüseynli Rusiya və Qazaxıstan yığmalarındakı həmkarları Qustavo ilə İgitanı geridə qoyub. Əslən braziliyalı hər iki çərçivə qoruyucusu oyun ərzində cəmi 11 "seyv" edə bilib. Onlar Rusiyanın Qazaxıstanı 2:1 hesabı ilə yendiyi C qrupunun ilk tur matçında fərqləniblər.

Qeyd edək ki, İtaliya - Azərbaycan matçı ikiqat Avropa çempionlarının qələbəsi ilə yekunlaşıb - 3:0.  

Son xəbərlər

Orphus sistemi