Azərbaycan yığmasının heyətinə daha bir futbolçu çağırılıb

Azərbaycan yığmasının heyətinə daha bir futbolçu çağırılıb Ürfan Abbasov Moldova ilə oyunun hazırlıq prosesinə qatılacaq
Futbol
10 Noyabr , 2015 10:35
Azərbaycan yığmasının heyətinə daha bir futbolçu çağırılıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Noyabrın 17-də Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının toplanışına daha bir futbolçu çağırılıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qəbələ” klubunun müdafiəçisi Ürfan Abbasov millinin hazırlıq prosesində iştirak edəcək.

Daha öncə "Sumqayıt"dan hücumçu Ağabala Ramazanova dəvət göndərilib. Əvəzində AVRO-2016-nın seçmə qrup mərhələsində 3 qolla Azərbaycan millisinin bombardiri olmuş Almaniya "Karlsrue"sinin yarımmüdafiəçisi Dmitri Nazarov zədəli olduğu üçün heyətdən çıxarılıb. Baş məşqçi Robert Prosineçki ilkin siyahıda "Qəbələ"dən Maqomed Mirzabekov, Arif Daşdəmirov və Ruslan Abışova da yer verib. 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:00-da başlanacaq.  

Son xəbərlər

Orphus sistemi