Azərbaycan yığmasının baş məşqçisi UEFA-dan təyinat alıb

Azərbaycan yığmasının baş məşqçisi UEFA-dan təyinat alıb Patrisiya Qonsales UEFA-nın texniki müşahidəçisi olacaq
Futbol
17 Dekabr , 2015 11:04
Azərbaycan yığmasının baş məşqçisi UEFA-dan təyinat alıb

Bakı. 17 dekabr. REPORT.AZ/ 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales UEFA-dan təyinat alıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA İnkişaf turnirində Patrisiya Qonzales UEFA-nın texniki müşahidəçisi funksiyasını icra edəcək.

Yarış 2016-cı ilin mayında Portuqaliyada 16 yaşadək qızlardan ibarət komandalar arasında təşkil olunacaq. 

Turnirdə Portuqaliya, İspaniya, Belçika və Türkiyə yığmaları mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi