Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə Polşada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, püşk nəticəsində Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.
Baş məşqçi Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda 7-ci qrupda Almaniya, Rusiya, Avstriya, Finlandiya və Farer adalarına rəqib olub.
Püşkün nəticələri:
1-ci qrup: Çexiya, Belçika, Çernoqoriya, Moldova, Latviya, Malta
2-ci qrup: İtaliya, Serbiya, Sloveniya, İrlandiya, Litva, Andorra
3-cü qrup: Fransa, Ukrayna, Şotlandiya, İslandiya, Makedoniya, Şimali irlandiya
4-cü qrup: Portuqaliya, İsrail, Yunanıstan, Macarıstan, Albaniya, Lixtenşteyn
5-ci qrup: Danimarka, Rumıniya, Ermənistan, Uels, Bolqarıstan, Lüksemburq
6-cı qrup: İspaniya, İsveç, Xorvatiya, Gürcüstan, Estoniya, San Marino
7-ci qrup: Almaniya, Rusiya, Avstriya, Finlandiya, AZƏRBAYCAN, Farer adaları
8-ci qrup: Hollandiya, Slovakiya, Türkiyə, Belarus, Kipr
9-cu qrup: İngiltərə, İsveçrə, Norveç, Bosniya və Herseqovina, Qazaxıstan
Qeyd edək ki, seçmə mərhələ martın 23-də start götürəcək və 2016-cı il oktyabrın 11-dək davam edəcək. 9 qrupun bütün qalibləri Polşada keçiriləcək final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. İkinci yeri tutanlar arasında 4 ən yaxşısı (qrupda 1-ci, 3-cü, 4-cü və 5-ci komandalarla görüşlərdəki nəticələrinə əsasən) "pley-off"da son 2 vəsiqə uğrunda mübarizə aparacaq. "Pley-off" oyunları gələn il noyabrın 7-də və 15-də olacaq.