Bakı. 3 oktyabr. REPORT.AZ/ 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Nazim Süleymanov 18 futbolçuya dəvət göndərib. Onlardan 7-si "Qəbələ"ni təmsil edir. Heyətdə Ukrayna "Şaxtyor"u və Hollandiya "Den Boş"undan çağırılmış legionerlər də var.
SOYAD, AD |
KLUB |
Hacıyev Ruslan | Qarabağ |
Camalov Famil | Qarabağ |
Cəfərov Yusif | Kəpəz |
Əliyev Emil | İnter |
Bayramlı Tural | Sumqayıt |
Əliyev Əli | Sumqayıt |
Krivotsyuk Anton | Neftçi |
Buludov Ömər | Neftçi |
Camalov Camal | Zirə |
Orucov Elnur | Qəbələ |
Süleymanov Süleyman | Qəbələ |
Seydiyev Amin | Qəbələ |
Hacıyev Hacıağa | Qəbələ |
Muradov Rövlan | Qəbələ |
Dəmirov Elvin | Qəbələ |
Nəbiyev Fərid | Qəbələ |
Xaçayev Murad | Şaxtyor (Ukrayna) |
Əzizov Ziya | Den-Boş (Hollandiya) |
Təqvimə əsasən, Litvada keçiriləcək ilk seçmə mərhələ oyunlarına oktyabrın 4-də start veriləcək. Həmin gün Azərbaycan millisi Avstriya ilə üz-üzə gələcək. Oktyabrın 6-da rəqib Bosniya və Herseqovina, oktyabrın 9-da isə Litva olacaq. Hər 3 oyun saat 15:00-da başlanacaq.