Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Rusiyadan olan həmyaşıdları ilə yenidən yoldaşlıq görüşü keçirib. "Report"un məlumatına görə, Bakı Olimpiya Stadionundakı ikinci oyun Təbriz Həsənovun rəhbərlik etdiyi komandanın qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu oyunun 80+1-ci dəqiqəsində Mətin Gülər vurub.
Qeyd edək ki, iki gün öncə keçirilmiş yoldaşlıq görüşündə Rusiya 5:1 hesabı ilə qalib gəlib.