Bakı. 8 avqust. REPORT.AZ/ 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində bu gün ilk oyununu keçirib.
"Report"un məlumatına görə, rəqib İran yığması olub.
Matç iranlıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli komanda turnirdə növbəti oyununa avqustun 9-da çıxacaq. Tacikistan yığmasına qarşı keçiriləcək oyun Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.