Azərbaycan - Xorvatiya matçının hakimləri açıqlanıb

Azərbaycan - Xorvatiya matçının hakimləri açıqlanıb Oyunu fransalı hakim idarə edəcək
Futbol
31 Avqust , 2015 14:47
Azərbaycan - Xorvatiya matçının hakimləri açıqlanıb

Bakı. 31 avqust. REPORT.AZ/ AVRO-2016-nın seçmə qrup mərhələsində Azərbaycan və Xorvatiya yığmaları arasında sentyabrın 3-də Bakıda keçiriləcək görüşə bütün təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, oyun Fransadan olan hakimlərə həvalə olunub.

Qarşılaşmanın baş hakimi Ruddi Buke olacaq. Ona Jiyom Debar, Siril Qrinqor yan xətt, Fredi Fotrel və Amori Delerü əlavə köməkçi hakimlər qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Jan Filipp yerinə yetirəcək.

Görüşün UEFA nümayəndəsi belçikalı Jan-Fransua Kruk, hakim-inspektor portuqaliyalı Vitor Melo Pereyra olacaq. Hakimlər arasında əlaqələndirici isə azərbaycanlı FİFA referisi Orxan Məmmədovdur.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya qarşılaşması saat 21:00-da start götürəcək. Robert Prosineçkinin baş məşqçisi olduğu Azərbaycan millisi 6 oyundan sonra 4 xalla 5-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi