Azərbaycan və Malta yığmaları oyunöncəsi son məşqini edib

Azərbaycan və Malta yığmaları oyunöncəsi son məşqini edib Qaçış və yüngül isinmə hərəkətlərindən sonra komanda toplu çalışmalarla son hazırlığını başa vurub
Futbol
5 Sentyabr , 2015 23:33
Azərbaycan və Malta yığmaları oyunöncəsi son məşqini edib

Malta. Ta Qali. 5 sentyabr. REPORT.AZ/ Bu gün AVRO-2016-nın seçmə qrup mərhələsində qarşılaşacaq Malta və Azərbaycan yığma komandaları oyunöncəsi son məşqinə çıxıb. "Report"un Maltaya ezam olunmuş əməkdaşının məlumatına görə, ilk olaraq meydan sahibləri Ta Qali şəhər stadionuna çıxıb.

Qaçış və yüngül isinmə hərəkətlərindən sonra komanda toplu çalışmalarla son hazırlığını başa vurub. Robert Prosineçkinin komandası isə oyunun başlayacağı saatda - yerli vaxtla 18:00-da (Bakı vaxtilə 21:00) meydana çıxıb və son məşqini keçib.

Son xəbərlər

Orphus sistemi