​Azərbaycan taekvondoçuları dünya çempionatına yollanacaq

​Azərbaycan taekvondoçuları dünya çempionatına yollanacaq Dünya çempionatı 5 gün davam edəcək
Futbol
6 May , 2015 19:53
​Azərbaycan taekvondoçuları dünya çempionatına yollanacaq

Bakı. 6 may. REPORT.AZ/ Mayın 13-də Rusiyanın Çelyabinsk şəhərində taekvondo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək. 

Azərbaycan Taekvondo Federasiyasından "Report"a verilən məlumata görə, “Traktor” arenada 5 gün davam edəcək mundialda Azərbaycanı kişi və qadın taekvondoçulardan ibarət 15 idmançı təmsil edəcək.

Kişilərdən ibarət komandanın baş məşqçisi Reza Mehmandoust dünya çempionatında Mikayıl Əliyev (-54 kq), Məhəmməd Məmmədov (-58 kq), Sina Bahrami (-63 kq), Axxan Tağızadə (-68 kq), İlkin Şahbazov (-74 kq), Milad Beigi Harçeqani (-80 kq), Radik İsayev (-87 kq), Əhməd Mohammadiyə (+87 kq) şans verəcək.

Qadınlar isə 7 taekvondoçu ilə təmsil olunacaq. Baş məşqçi Sun Mi Park bu mötəbər yarışda Çeren Özbək (-46 kq), Patimat Abakarova (-49 kq), Lazara Caridad Povea (-53 kq), Günay Ağakişiyeva (-57 kq), Daria Skorko (-62 kq), Fəridə Əzizova (-67 kq) və Marina Tedeevanı (-73 kq) sınaqdan keçirəcək.

Qeyd edək ki, mayın 7-də çempionata yollanacaq Azərbaycan millisi ayın 18-də vətənə dönəcək.

Son xəbərlər

Orphus sistemi