​Azərbaycan - "Şaxtyor" qarşılaşmasının başlama vaxtı dəqiqləşib

​Azərbaycan - "Şaxtyor" qarşılaşmasının başlama vaxtı dəqiqləşib Görüş fevralın 24-də Bakı vaxtı ilə 19:00-da başlanacaq
Futbol
19 Fevral , 2015 00:59
​Azərbaycan - Şaxtyor qarşılaşmasının başlama vaxtı dəqiqləşib

Bakı. 19 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının Ukraynanın "Şaxtyor" klubu ilə Türkiyənin Antalya şəhərində keçirəcəyi yoxlama görüşünün stadionu və başlama vaxtı müəyyənləşib.

"Report"un "Şaxtyor"un rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma fevralın 24-də "Mardan" stadionunda baş tutacaq.

Görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Bu, "Şaxtyor"un Antalya toplanışında son yoldaşlıq görüşü olacaq. Donetsk komandası millimizdən öncə fevralın 19-da Qazaxıstanın "Atırau", fevralın 20-də Polşanın QKS "Tıxı", fevralın 22-də isə Belarusun "Dinamo" (Minsk) komandaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Şaxtyor" fevralın 17-də Lvovda Almaniya "Bavariya"sını Çempionlar Liqasının ilk 1/8 final matçında qəbul etdikdən sonra mövsümün yaz bölümünə hazırlıq məqsədilə Antalyaya yollanır.

Son xəbərlər

Orphus sistemi