Azərbaycan Prezidenti FİFA-nın yeni rəhbərini təbrik edib

Azərbaycan Prezidenti FİFA-nın yeni rəhbərini təbrik edib “Bu, yüksək qiymət, beynəlxalq idman ictimaiyyətinin Sizə olan böyük etimadıdır”
Futbol
27 Fevral , 2016 14:15
Azərbaycan Prezidenti FİFA-nın yeni rəhbərini təbrik edib

Bakı. 27 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Canni İnfantinoya təbrik məktubu ünvanlayıb. “Report” xəbər verir ki, təbrik mətnində deyilir:

“Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu məsul və şərəfli vəzifəyə seçilməyiniz futbolun inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymət, beynəlxalq idman ictimaiyyətinin Sizə olan böyük etimadıdır. İnanıram ki, Azərbaycan ilə FİFA arasındakı əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə davam edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm”.

Son xəbərlər

Orphus sistemi