Azərbaycan Premyer Liqasının yayım hüququ 1 milyon manata satışa çıxarılıb

Azərbaycan Premyer Liqasının yayım hüququ 1 milyon manata satışa çıxarılıb AFFA və PFL tenderin qalibi olmaq istəyən telekanallar üçün bir neçə şərt irəli sürüb
Futbol
20 İyul , 2015 18:04
Azərbaycan Premyer Liqasının yayım hüququ 1 milyon manata satışa çıxarılıb

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqası (PFL) Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə əlaqədar tender elan edib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tenderin qalibi olmaq istəyən televiziya kanalları üçün bir neçə şərt irəli sürülüb. 

Həmin şərtlər bunlardır:

- Premyer Liqanın hər tur minimum 2 oyunu canlı yayımlansın;

- Oyunları yayımlayacaq televiziya kanalında mövsümü əhatə edən həftəlik futbol verilişi hazırlansın;

- AFFA-nın təşkil etdiyi liqaların hər həftə minimum 1 oyunu canlı və ya videoyazı şəklində yayımlansın;

Tenderin məbləği 1 (bir) milyon manatdır. Bu vəsait Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək;

Tenderin qalibi oyunların görüntülərini yaymaq, satmaq, hər hansı digər yayımçıya vermək səlahiyyətinə malik olacaq;

Tenderin qalibi üçün stadionda reklam bannerləri üçün yer ayrılacaq;

Oyunların vaxtı 10 gün əvvəlcədən PFL və televiziya kanalı tərəfindən birgə müəyyənləşdiriləcək.

Tenderdə iştirak üçün son müraciət tarixi 3 avqustdur. 

Son xəbərlər

Orphus sistemi