​Azərbaycan Premyer Liqasının XIV turunda daha 2 oyun keçiriləcək

​Azərbaycan Premyer Liqasının XIV turunda daha 2 oyun keçiriləcək Görüşlər Zirə və Şüvəlanda baş tutacaq
Futbol
28 Noyabr , 2015 10:40
​Azərbaycan Premyer Liqasının XIV turunda daha 2 oyun keçiriləcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının daha iki oyunu keçiriləcək. "Report"un məlumatına görə, görüşlər Zirə və Şüvəlanda baş tutacaq.

Günün ilk qaşrılaşmasında AZAL "Sumqayıt" klubunu qəbul edəcək. "AZAL Arena"da keçirilək qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq. Komandalar bu günədək ölkə çempionatında 17 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların 6-da "təyyarəçilər", 3-də isə şəhər təmsilçiləri qələbəyə sevinib. Qalan 8 oyunda isə bərabərlik qeydə alınıb. Cütlüyün ardıcıl 3 matçında heç-heçə qeydə alınıb. AZAL indiyədək öz meydanında "Sumqayıt"a məğlub olmayıb. Samir Abasovun rəhbərlik etdiyi komanda bu görüşdən qalib ayrılacağı təqdirdə ən yaxın qonşusu "Neftçi" ilə xal fərqini 1-ə endirəcək. AZAL isə 3 xal sayəsində "Sumqayıt"la xallarını bərabərləşdirəcək.

"Zirə" isə "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirəcək. Orxan Məmmədovun idarə edəcəyi qarşılaşma Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Komandalar cəmi bir dəfə üz-üzə gəliblər ki, həmin görüşdən də "ağ-yaşıllar" minimal hesablı məğlubiyyətlə ayrılıb. Meydan sahibləri bu görüşdən qalib ayrılacağı təqdirdə ilk 3-lükdə qərarlaşacaq. Sonuncu pillələrdə məskunlaşan "Xəzər Lənkəran" isə qələbə sayəsində mövqeyini bir pillə yaxşılaşdıra bilər. Təbii ki, bunun üçün AZAL - "Sumqayıt" görüşündə qonaqlar xal itirməlidir.

Premyer Liqa, XIV tur

14:30. AZAL – "Sumqayıt"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Rövşən Əhmədov

"AZAL Arena".

16:30. "Zirə" – "Xəzər Lənkəran"

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Kərim Ağayev

Zirə İdman Kompleksinin stadionu

Son xəbərlər

Orphus sistemi