Bakı. 15 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək oyunlar üçün hakim təyinatları açıqlanıb. "Report"un məlumatına görə, digər turlarla müqayisədə bu dəfə heç bir oyunda əlavə köməkçi hakimlər olmayacaq.
Turun mərkəzi görüşü sayılan "Neftçi" - "Qəbələ" oyunu FİFA referisi Rəhim Həsənova həvalə edilib. Premyer Liqada məğlubiyyət üzü görməyən "Qarabağ" və "Zirə" komandalarının görüşündə isə ədalət təmsilçisi qismində Ramil Diniyev çıxış edəcək. Çempionatın son turunda "İnter" və "Qarabağ" komandalarının qarşılaşması zamanı "bankirlər"in qapısına şübhəli penalti təyin edərək gündəmə gələn Elvin Əsgərov isə "Xəzər Lənkəran" - AZAL oyununu idarə edəcək.
16 oktyabr
20:30. "Rəvan" – "Kəpəz"
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübariz Haşımov, Munis Abdullayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı. "Bayıl Arena"
17 oktyabr
15:30. "Neftçi" – "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Gülağa Cabbarov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
18:00. "Qarabağ" – "Zirə"
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Vüsal Əliyev
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
18 oktyabr
18:00. "Xəzər Lənkəran" – AZAL
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Cavanşir Yusifov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu
20:00. "Sumqayıt" – "İnter"
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Nail Nağıyev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Murad Məmmədov
Sumqayıt. "Kapital Bank Arena"