​Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib

​Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib "Rəvan" - "Kəpəz" oyunu bir gün sonraya keçirilib
Futbol
29 Fevral , 2016 12:30
​Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib

Bakı. 29 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyun cədvəlində dəyişiklik edilib. "Report"un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, "Rəvan" – "Kəpəz" matçı əvvəlcədən nəzərdə tutulduğu kimi martın 5-də keçirilməyəcək.

Hər iki klubun razılığını və oyunun canlı yayımlanmasını rəhbər tutan PFL görüşün martın 6-da keçirilməsinə qərar verib.

Son xəbərlər

Orphus sistemi