Azərbaycan Premyer Liqasının bombardiri "Zirə" klubu ilə müqavilə bağlayıb

Azərbaycan Premyer Liqasının bombardiri "Zirə" klubu ilə müqavilə bağlayıb Bununla bağlı “Bakı” klubu ilə razılıq əldə olunub
Futbol
13 Avqust , 2015 20:00
Azərbaycan Premyer Liqasının bombardiri Zirə klubu ilə müqavilə bağlayıb

Bakı. 13 avqust. REPORT.AZ/ “Zirə” daha bir futbolçu ilə güclənib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, ötən mövsüm Topaz Premyer Liqasının bombardiri olmuş Nurlan Novruzovdur.

“Bakı” klubu ilə razılığa əsasən, Novruzov 6 aylıq icarə əsasında “Zirə”də çıxış edəcək. Ancaq onunla müqavilənin müddəti artırıla bilər. Bu haqda artıq futbolçu ilə şifahi razılıq əldə olunub. Klublar arasında da razılıq əldə olunarsa, 6 aydan sonra gənc forvardla anlaşma yenilənəcək.

Qeyd edək ki, Nurlan Novruzov ötən mövsüm 15 qol vurub.

Son xəbərlər

Orphus sistemi