Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq Turun son oyun günündə 3 qarşılaşma baş tutacaq
Futbol
16 May , 2015 12:22
Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq

Bakı. 16 may. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIV turuna yekun vurulacaq. "Report"un məlumatına görə, turun ilk oyun günündə "Simurq" Zaqatalada "Bakı"nı qəbul edib və 4:0 hesablı qələbə qazanıb.

Günün ilk oyununda "Xəzər Lənkəran" paytaxtın AZAL klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Heç bir iddiası olmayan komandaların görüşündə qazanılan xal sadəcə tərəflərin turnir cədvəlindəki mövqeyini möhkəmləndirməsinə kömək edəcək.

Qəbələnin eyniadlı komandası öz meydanında Bakı "İnter"i ilə qarşılaşacaq. Turnir cədvəlində qonşu olan komandaların oyununda qazanılacaq 3 xal "bankirlər"i lider "Qarabağ"a bir az da yaxınlaşdıracaq. "Qəbələ" isə doğma meydanda qalib gəlməklə ən yaxın izləyicisi "Neftçi" ilə xal fərqini artıraraq üçüncülüyü qorumağa çalışacaq.

Turnir cədvəlinin hazırkı lideri "Qarabağ" isə "Sumqayıt"la üz-üzə gələcək. "Bakcell Arena"da baş tutacaq qarşılaşma ağdamlıların çempionluğunu təmin edə bilər. Qəbələdə keçiriləcək qarşılaşmada meydan sahibləri 3 xal qazanacağı və "Qarabağ"ın qalib gələcəyi təqdirdə Qurban Qurbanov və komandası çempionluğu bayram edəcək. Əks təqdirdə Premyer Liqanın çempionunun rəsmiləşməsi üçün qarşıdakı turlara diqqə yönələcək.

Premyer Liqa, XXXIV tur

16 may (şənbə)

18:00. "Xəzər Lənkəran” – AZAL (Bakı)

Hakiimlər: Ramil Diniyev, Elman Musayev, Elşən Acalov, Elvin Əsgərov

Lənkəran. "Xəzər Lənkəran” mərkəzi stadionu

20:00. "Qəbələ” – "İnter” (Bakı)

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Munis Abdullayev

Qəbələ. Qəbələ şəhər stadionu

20:00. "Qarabağ” (Ağdam) – "Sumqayıt”

Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Vüsal Qənbərov, Orxan Məmmədov

Bakı. "Bakcell Arena”

15 may (cümə)

17:00. "Simurq” (Zaqatala) – "Bakı” - 4:0

Qollar: Draqan Çeran, 28, 80, İdan Vatsman, 37, Rəşad Eyyubov, 84

Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Rza Məmmədov, İnqilab Məmmədov

Zaqatala şəhər stadionu

Son xəbərlər

Orphus sistemi