Azərbaycan Premyer Liqasında XXXI turun təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında XXXI turun təyinatları açıqlanıb "Qarabağ" - "İnter" oyunu Rəvan Həmzəzadəyə həvalə olunub
Futbol
20 Aprel , 2016 19:26
Azərbaycan Premyer Liqasında XXXI turun təyinatları açıqlanıb

Bakı. 20 aprel. REPORT.AZ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun təyinatları açıqlanıb. "Report"un məlumatına görə, 3 gün ərzində reallaşacaq turun mərkəzi görüşü sayılan "Qarabağ" - "İnter" oyunu Rəvan Həmzəzadəyə həvalə olunub.

"Neftçi" - "Zirə" oyununa isə Fariz Yusifov təyinat alıb.

22 aprel (cümə)

“Qarabağ” – “İnter”

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Xaqani Məmmədov

Azersun Arena”, 19:00

23 aprel (şənbə)

“Neftçi” – “Zirə”

Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Məlik Həsənov

“Bakcell Arena”, 19:00

“Xəzər Lənkəran” – “Qəbələ”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Fərid Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şahin Cəfərov

“Xəzər Lənkəran” mərkəzi stadionu, 16:30

24 aprel (bazar)

“Rəvan” – AZAL

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Cavanşir Yusifov, Ramil Diniyev

AFFA nümayəndəsi: Adil Nadirov

Hakim-inspektor: Fazil Mürşüdov

“Bayıl Arena”, 16:00

“Sumqayıt” – “Kəpəz”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Asim Xudiyev

“Kapital Bank Arena”, 14:00

Son xəbərlər

Orphus sistemi