Azərbaycan Premyer Liqasında XXVI turun oyunları keçirilib

Azərbaycan Premyer Liqasında XXVI turun oyunları keçirilib "Qarabağ" qalib gəlib, "İnter" uduzub
Futbol
18 Mart , 2015 20:12
Azərbaycan Premyer Liqasında XXVI turun oyunları keçirilib

Bakı. 18 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun oyunları keçirilib. "Report"un məlumatına görə, turun mərkəzi görüşü Bakıda "İnter"lə "Qəbələ" arasında baş tutub.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Bu nəticədən sonra "Qəbələ" 4-cü pillədə möhkəmlənib. "İnter" isə çempionluq şanslarını daha da azaldıb. Buna lider "Qarabağ"ın "Sumqayıt"ı səfərdə məğlub etməsi də təsirsiz ötüşməyib. Düzdür, hesabı meydan sahibləri açıb. Amma Reynaldo "dubl" edərək komandasına 3 xal qazandırıb.

"Qəbələ"nin xal itkisi "Simurq" və AZAL-a faydalı olub. Hər iki komanda müvafiq olaraq "Bakı" və "Xəzər Lənkəran"ın qapısından 3 top keçirərək turu qələbə ilə başa vura və "qırmızı qaralar"a yaxınlaşa biliblər.

18 mart (çərşənbə)

"Bakı" – "Simurq" (Zaqatala) - 0:3

Qollar: Samir Zərgərov, 3; 75. Draqan Çeran, 40

AZAL (Bakı) - "Xəzər Lənkəran” - 3:1

Qollar: Valeriy Kutsenko, 20. Freddi Mombonqo, 42; 61 - İlqar Ələkbərov, 14

"Sumqayıt” – "Qarabağ”- 1:2

Qol: Murad Ağayev, 51 - Reynaldo, 54; 70

"İnter” – "Qəbələ” - 1:2

Qollar: Aleksandr Amisulaşvili, 74 - Aleksey Qay, 39. Ruslan Abışov, 90+1

Xal durumu: "Qarabağ" - 52, "İnter" - 43, "Neftçi" - 39, "Qəbələ" - 34, "Simurq" - 32, AZAL - 31, "Xəzər Lənkəran" - 23, "Sumqayıt" - 19, "Bakı" - 11.

Son xəbərlər

Orphus sistemi