​"Neftçi" - "İnter" matçının stadionu dəyişdirilib

​"Neftçi" - "İnter" matçının stadionu dəyişdirilib Azərbayan Premyer Liqasının XXV turunda 2 paytaxt derbisi keçiriləcək
Futbol
4 Mart , 2015 11:58
​Neftçi - İnter matçının stadionu dəyişdirilib

Bakı. 4 mart. REPORT.AZ/ Futbol üzrə Azərbayan Premyer Liqasında XXV turun oyun cədvəli açıqlanıb. "Report"un məlumatına görə, bütün görüşlər eyni gündə baş tutacaq.

Tura paytaxt derbiləri ilə start veriləcək. Əvvəlcə "Neftçi" və "İnter" komandaları oyuna çıxacaq. Matç "Bakcell Arena"da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq. Hər iki komanda lider "Qarabağ"ın ən yaxın izləyiciləridir. Nəticədən asılı olmayaraq, onlardan biri Ağdam komandasından daha da aralanacaq. 

Digər paytaxt derbisi isə AZAL-la "Bakı" arasında olacaq. "Qarabağ" ən yaxın izləyiciləri ilə xal fərqini artırmaq üçün mövsümün ilk yarısı ilə müqayisədə xeyli zəifləyən "Xəzər Lənkəran"ı Tofiq Bəhramov adına Respublika stadionunda yenməyi bacarmalıdır.  

Günün son oyununda isə "Qəbələ" və "Sumqayıt" komandaları üz-üzə gələcək. Bu, turun bölgədə keçiriləcək yeganə qarşılaşması olacaq.  

8 mart (bazar)

15:00. "Neftçi" (Bakı) – "İnter" (Bakı)

Bakı, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu


16:00. AZAL (Bakı) – "Bakı"

Bakı, AZAL Arena


17:00. "Qarabağ" (Ağdam) – "Xəzər Lənkəran"

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu


18:00. "Qəbələ" – "Sumqayıt"

Qəbələ şəhər stadionu

Son xəbərlər

Orphus sistemi