Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub

Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub Turun bütün qarşılaşmaları eyni gündə baş tutub
Futbol
14 Mart , 2016 00:52
Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub

Martın 13-də Azərbaycan Premyer Liqasında XXV turun oyunları keçirilib.

Qəbələ klubu doğma divarlar arasında “Zirə”ni qəbul edib. Roman Qriqorçukun yetirmələri bir neçə gün əvvəl ölkə kubokunda darmadağın etdiyi rəqibinə bu dəfə qalib gələ bilməyib. Oyunda hesabı ev sahibləri açıb. 15-ci dəqiqədə Aleksey Qay fərqlənib. Lakin əzmkarlıq göstərən Bakı təmsilçisi Bonilyanın 40-cı və 84-cü vurduğu qollarla səfərdən qalib ayrılıb. Eyni zamanda, hücumçu bu qollarla bombardirlik yarışında birinciliyi ələ keçirib.

Bakının “İnter”klubu “Rəvan” komandasını qəbul edib. “İnter” rəqibinə şans verməyib. Meydan sahibi qapısında erkən qol görüb. Ruslan Tağızadə 6-cı dəqiqədə oyunda qonaqların yeganə qolunu vurub. Daha sonra Zaur Svanadzenin yetirmələri elə birinci hissədə görüşü öz xeyrinə dəyişməyi bacarıb. Zurab Xizanaşvili 8, Mirsahib Abbasov 18 və Ruslan Əmircanov isə 21-ci dəqiqələrdə hesabı 3:1 çatdırıb.

Əsas hədəfi Avrokuboklara vəsiqə qazanmaq olan “Kəpəz” doqquzuncu pillədən qurtulmağa çalışan “Xəzər Lənkəran”la üz-üzə gəlib. Beşinci pillədə qərarlaşan gəncə təmsilçisi Tural Nərimanovun 48, Tural Rzayevin 89-cu dəqiqələrdə vurduqları iki cavabsız qolla qələbə qazanaraq mövqeyini qoruyub.

AZAL doğma meydanda “Neftçi”nı qəbul edib. Matçda hərəyə bir dəfə fərqlənən tərəflər arasında bərabərlik qeydə alınıb-1:1.

Tura Sumqayıtda yekun vurulub. Eyni adlı komanda çempionatın lideri “Qarabağ”ı qəbul edib. Ağdam klubu 13-cü dəqiqədə Daninin, dörd dəqiqə sonra isə Migelin qolları ilə 2:0 hesablı qələbə qazanıb.

Beləliklə, Qurban Qurbanovun yetirmələri 54 xalla liderliyini davam etdirir. 47 xala sahib “Zirə”nin ikinci pillədə qərarlaşır. Üç və dördüncü pillələri “Qəbələ” ilə “İnter” bölüşür. İlk beşlikdə qərarlaşan “Kəpəz”in isə 39 xalı var.

Son xəbərlər

Orphus sistemi