​Azərbaycan Premyer Liqasında XXIX turun oyunları keçiriləcək

​Azərbaycan Premyer Liqasında XXIX turun oyunları keçiriləcək Turun bütün görüşləri bu gün baş tutacaq
Futbol
9 Aprel , 2015 09:28
​Azərbaycan Premyer Liqasında XXIX turun oyunları keçiriləcək

Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun oyunları keçiriləcək. "Report"un məlumatına görə, turun ilk 3 qarşılaşması arasında daha çox "Xəzər Lənkəran" - "Neftçi" matçı diqqət mərkəzində olacaq.

Son illərin ən prinsipial rəqibləri bu mövsüm çempionluqdan demək olar ki, əllərini üzüblər. Hazırda "Neftçi" 45 xalla 3-cü, "Xəzər Lənkəran" 26 xalla 7-ci pillədə qərarlaşıb. Flaqman qələbə qazanacağı halda, 2-ci pilləyə yüksələcək. Cənubluları isə 3 xal da irəli aparmayacaq.

Son 2 turda qələbəyə həsrət qalmış "Qarabağ" eyni sayda məğlubiyyətə düçar olan AZAL-ı qəbul edəcək. Autsayderlərin duelində isə "Sumqayıt" "Bakı"nı sınağa çəkəcək.

Nəhayət, günün son matçında 4-cü pillənin taleyi böyük ölçüdə həllini tapacaq. "Qəbələ" bu mövsüm ardıcıl 4 oyunda qalib gələ bilmədiyi "Simurq"u qəbul edəcək. Zaqatala təmsilçisi ötən ay Roman Qriqorçukun komandasını Azərbaycan Kubokundan kənarlaşdırıb. Bu gün də qələbə qazanacaqları halda, qonaqlar Avropa Liqasına vəsiqə verən 4-cü pilləyə yüksələcəklər.

9 aprel (cümə axşamı)

17:00. "Xəzər Lənkəran” – "Neftçi” (Bakı)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov

"Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. "Qarabağ” (Ağdam) – AZAL (Bakı)

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rəvan Həmzəzadə, Rza Məmmədov

Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Etibar Həsənov

Bakı. "Bakcell Arena”

17:00. "Sumqayıt” – "Bakı”

Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev

Sumqayıt. "Kapital Bank Arena”

19:00. "Qəbələ” – "Simurq” (Zaqatala)

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, İnqilab Məmmədov

Qəbələ şəhər stadionu, 19:00

Son xəbərlər

Orphus sistemi