​Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək

​Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək İlk oyun günündə bir qarşılaşma keçiriləcək
Futbol
8 Aprel , 2016 08:21
​Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək. "Report"un məlumatına görə, turun ilk oyun günündə bir oyun keçiriləcək.

"Qarabağ" Bakıda "Kəpəz"lə münasibətlərinə aydınlıq gətirəcək. Turnir cədvəlinin hazırkı lideri qələbə qazanacağı təqdirdə xal ehtiyatını 63-ə çatdıracaq. Bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi komanda çempionluq yarışında böyük addım atmış olacaq. Avrokuboklara vəsiqə qazanmaq üçün çalışan "Kəpəz" isə səfər qələbəsi ilə dönəcəyi təqdirdə aprelin 9-da keçiriləcək "İnter" - AZAL oyununun nəticəsindən asılı olaraq 3-cülüyü ələ keçirə bilər.

Komandalar bugünədək ölkə çempionatlarında 40 oyun keçirib. Bunlardan 18-i "Qarabağ"ın, 14-ü isə "Kəpəz"in qələbəsi ilə başa çatıb. Qalan 8 oyunda isə tərəflər meydanı sülhlə tərk ediblər. Gəncə təmsilçisi 15 oyundur qələbə qazanmır. Ardıcıl 4 qələbə qazanan "Qarabağ" son 10 qarşılaşmada rəqibinə cəmi 1 xal verib. Ağdamlılar son 4 ev oyununda 3 xal əldə edib. "Sarı-göylər" son qələbəsini 14, səfər qələbəsini isə 17 il öncə qazanıb.

8 aprel (cümə)

17:30. "Qarabağ" – "Kəpəz"

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Asim Xudiyev

Bakı. "Azərsun Arena".

Qeyd edək ki, turun digər oyunları 9 və 10 apreldə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi