Azərbaycan Premyer Liqasında XXIII turun təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında XXIII turun təyinatları açıqlanıb Orxan Məmmədov mövsümün ikinci yarısında təyinat almayıb
Futbol
26 Fevral , 2016 12:02
Azərbaycan Premyer Liqasında XXIII turun təyinatları açıqlanıb

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXIII turunun oyunları üçün bütün təyinatlar müəyyənləşib. "Report"un məlumatına görə, mövsümün ikinci yarısından baş hakim Orxan Məmmədov Premyer Liqanın heç bir oyununa təyinat almır.

Turun mərkəzi görüşü sayılan "İnter" - "Qarabağ" oyunu Ömər Paşayevə həvalə olunub. "Zirə" - "Neftçi" matçında isə ədaləti Fariz Yusifov bərpa edəcək.

27 fevral (şənbə)

14:00. "Kəpəz" – "Sumqayıt"

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Kamran Bayramov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Rövşən Əhmədov

Gəncə şəhər stadionu

15:00. "Zirə" – "Neftçi"

Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Asim Xudiyev

Bakı. Zirə İdman Kompleksinin stadionu

15:00. AZAL – "Rəvan"

Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Murad Məmmədov

Bakı. AZAL Arena

17:00. "Qəbələ" – "Xəzər Lənkəran"

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Kərim Ağayev

Qəbələ. Qəbələ şəhər stadionu

18:00. "İnter" – "Qarabağ"

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Gülağa Cabarov

Bakı. "İnter Arena"

Son xəbərlər

Orphus sistemi