​Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub

​Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub Roman Qriqorçukun komandası ardıcıl üçüncü məğlubiyyətini alıb
Futbol
15 Fevral , 2015 20:05
​Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında XXII turun oyunları keçirilib.

"Report"un məlumatına görə, bütün görüşlər eyni gündə baş tutub.

Turun açılış oyununda "Sumqayıt" və AZAL komandaları üz-üzə gəlib. "Gənclik şəhəri" təmsilçisi ilə "təyyarəçilər" arasında keçirilən görüş qolsuz bərabəliklə yekunlaşıb.

Günün ikinci görüşündə paytaxt derbisi baş tutub. "İnter Arena"da keçirilən qaşılaşmada "İnter" "Bakı" ilə münasibətlərinə aydınlıq gətirib. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "bankirlər" autsayderi darmadağın edib - 4:0.

Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ" "Simurq"u qəbul edib. Zaqatala təmsilçisi ilə görüşdə ağdamlılar qələbə qazanıb - 1:0.

Mərkəzi arenada keçirilən qarşılaşma ilə eyni saatda "Qəbələ" - "Neftçi" matçı start götürüb. Hesabı meydan sahiblərinin açmasına baxmayaraq, paytaxt təmsilçisi 3:1 hesabı ilə inamlı qələbə qazanıb.

15 fevral

16:00. "Sumqayıt" - AZAL 0:0

17:00. "İnter" - "Bakı" 4:0

Qollar: Baçana Sxadadze, 3 (P). Əfran İsmayılov, 7; 38. Junior Nildo, 54

18:00. "Qarabağ" - "Simurq" 1:0.

Qollar: Reynaldo, 21.

18:00. "Qəbələ" - "Neftçi" 1:3.

Qollar: Viktor Mendi, 10 - Julius Vobay, 58. Denis Silva, 72. Flavinyo, 87.

Son xəbərlər

Orphus sistemi