​Azərbaycan Premyer Liqasında XXII tura start verilir

​Azərbaycan Premyer Liqasında XXII tura start verilir Açılış oyununda "qonşular" üz-üzə gələcək
Futbol
19 Fevral , 2016 09:15
​Azərbaycan Premyer Liqasında XXII tura start verilir

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turuna start veriləcək. "Report"un məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Açılış matçında Bakının "İnter" klubu Gəncənin "Kəpəz" komandasını qəbul edəcək. Komandalar bugünədək ölkə çempionatında 20 dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 13-ü paytaxt, 4-ü isə Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Qalan 3 oyunda bərabərlik qeydə alınıb. Topların nisbətində də "bankirlər" öndədir - 39:18.

"İnter" ev oyununda qələbə qazanarsa, 3-cü pilləyə yüksələcək. "Kəpəz" də səfərdən 3 xalla dönəcəyi təqdirdə, ilk üçlüyü qapayacaq.

Hazırda "Kəpəz" 32 xalla turnir cədvəlinin 4-cü, "İnter" isə 31 xalla 5-ci pilləsində qərarlaşıb.

Azərbaycan Premyer Liqası, XXII tur

15:00. "İnter" (Bakı) - "Kəpəz" (Gəncə)

Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Kamran Bayramov, Ziya Nəsirov 

AFFA nüməyəndəsi: Ramiz Abdullayev 

Hakim-inspektor: Vüsal Əliyev

Bakı. "İnter Arena"

Qeyd edək ki, turun qalan oyunları 20-21 fevralda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi