Azərbaycan Premyer Liqasında XXI turun iki oyunu keçirilib

Azərbaycan Premyer Liqasında XXI turun iki oyunu keçirilib Açılış oyununda paytaxtın iki - AZAL və "İnter" komandaları üz-üzə gəlib
Futbol
13 Fevral , 2016 19:03
Azərbaycan Premyer Liqasında XXI turun iki oyunu keçirilib

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib. "Report"un məlumatına görə, turun ilk oyun günündə 2 görüş keçirilib.

Açılış oyununda paytaxtın iki - AZAL və "İnter" komandaları üz-üzə gəlib. "AZAL Arena"da keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bu oyundan sonra "İnter" 31 xalla turnir cədvəlinin 5-ci, AZAL isə 26 xalla 7-ci pillədə qərarlaşıb.

Günün son oyunu isə "Bakcell Arena"da keçirilib. "Neftçi" əzəli rəqibi "Xəzər Lənkəran"ı sınağa çəkib. Qarşılaşmanın ilk 45 dəqiqəsində komandaların fərqlənmək cəhdləri nəticə verməyib. İkinci hissədə meydan sahibləri üçün uğurlu olub. Oyunun 86-cı dəqiqəsində Elşən Abdullayev komandasına qələbə qazandıran topu vurub - 1:0. Görüş bu hesabla da başa çatıb. 21 oyundan sonra "Neftçi" 31 xalla "Qəbələ" və "İnter"lə 4, 5 və 6-cı pillələri bölüşür. "Xəzər Lənkəran" isə 13 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.

Son xəbərlər

Orphus sistemi