Azərbaycan Premyer Liqasında XX turun təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında XX turun təyinatları açıqlanıb Əliyar Ağayev və Orxan Məmmədov oyunsuz qalıb
Futbol
4 Fevral , 2016 19:00
Azərbaycan Premyer Liqasında XX turun təyinatları açıqlanıb

Bakı. 4 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunda keçiriləcək oyunlar üçün bütün təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, turun mərkəzi görüşü sayılan "İnter" - "Qəbələ" oyunu FİFA referisi Rəhim Həsənova həvalə olunub.

Digər FİFA referiləri Əliyar Ağayev və Orxan Məmmədov isə bu turda təyinat almayıb.

Turun bütün oyunları "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

XX tur

5 fevral

16:30. "Neftçi" – "Rəvan"

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı, "Bakcell Arena"

6 fevral

17:30. "Qarabağ" – "Xəzər Lənkəran"

Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Kərim Ağayev

Bakı, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

15:00. "Sumqayıt" – "Zirə"

Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Vüsal Əliyev

Sumqayıt, "Kapital Bank Arena"

7 fevral

17:30. "İnter" – "Qəbələ"

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Nail Nağıyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Məlik Həsənov

Bakı, "İnter Arena"

13:30. "Kəpəz" – AZAL

Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Knyaz Əmiraslanov, Ramil Diniyev

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Füzuli Nəcəfov

Gəncə şəhər stadionu

Son xəbərlər

Orphus sistemi