​Azərbaycan Premyer Liqasının yubiley turunun təqvimi açıqlanıb

​Azərbaycan Premyer Liqasının yubiley turunun təqvimi açıqlanıb XX tur Qəbələdə başlayıb Bakıda bitəcək
Futbol
3 Fevral , 2015 16:34
​Azərbaycan Premyer Liqasının yubiley turunun təqvimi açıqlanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XX turunun təqvimi açıqlanıb. "Report"un məlumatına görə, yubiley turuna Qəbələdə start veriləcək.

"Qəbələ" doğma meydanda AZAL komandasını qəbul edəcək. XX turun son oyununda isə ötən həftə istirahət edən "Qarabağ" "Bakı"nı sınağa çəkəcək.

Premyer Liqa, XX tur


06 fevral (cümə)

14:00. “Qəbələ” – AZAL

Qəbələ. Qəbələ şəhər stadionu.

16:00. “Neftçi” – “Simurq”

Bakı. “Bakcell Arena”.


07 fevral (şənbə)

17:00. “Xəzər Lənkəran” – “İnter”

Lənkəran. “Xəzər Lənkəran” mərkəzi stadionu.

16:00. “Qarabağ” – “Bakı”

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Son xəbərlər

Orphus sistemi