Azərbaycan Premyer Liqasında XVI turun ilk oyunlarında gözlənilməz nəticələr qeydə alınıb

Azərbaycan Premyer Liqasında XVI turun ilk oyunlarında gözlənilməz nəticələr qeydə alınıb "Kəpəz" autsayderlə heç-heçə edib, "İnter" isə uduzub
Futbol
11 Dekabr , 2015 18:41
Azərbaycan Premyer Liqasında XVI turun ilk oyunlarında gözlənilməz nəticələr qeydə alınıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start verilib. "Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Hər iki matçda gözlənilməz nəticə qeydə alınıb. "Kəpəz" Gəncədə "Rəvan"ın müqavimətini qıra bilməyib. Oyun qolsuz bərabərliklə yekunlaşıb. "İnter" isə eyniadlı arenada "Sumqayıt"a uduzub. Bu nəticələrdən sonra "İnter" 24 xalla 4-cü, "Kəpəz" 22 xalla 5-ci, "Rəvan" isə 11 xalla 10-cu pillədə qalıb. Əvəzində xallarını 16-ya çatdıran "Sumqayıt" 7-ci pilləyə yüksəlib.

Azərbaycan Premyer Liqası, XVI tur

11 dekabr.

14:00. "Kəpəz" – "Rəvan" - 0:0

Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, Rahil Ramazanov, Cavanşir Yusifov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Füzuli Nəcəfov

16:30. "İnter" – "Sumqayıt" - 2:3

Qol: Yuri Fomenko, 44. Elnur Abdullayev, 52 - Amil Yunanov, 2; 39. Slavik Alxasov, 32

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Rauf Cabbarov

AFFA nümayəndəsi : Ramiz Abdullayev

Hakim-inspektor: Vüsal Əliyev

Qeyd edək ki, turun qalan oyunları dekabrın 13-də keçiriləcək. Həmin gün AZAL "Xəzər Lənkəran"ı (saat 15:00), "Qəbələ" - "Neftçi"ni (saat 15:30), "Zirə" "Qarabağ"ı (saat 18:00) qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi