​Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib

​Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib "Sumqayıt" AZAL-ı qəbul edib
Futbol
20 Fevral , 2016 17:18
​Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib. "Report"un məlumatına görə, Sumqayıtın eyniadlı komandası doğma meydanda AZAL-la qarşılaşıb.

Oyuna daha aktiv başlayan meydan sahibləri matçın 32-ci dəqiqəsində istəyinə çatıb. Murad Ağayev topu Stanislav Namaşkonun qoruduğu qapıdan keçirib. Cəmi 3 dəqiqə sonra Ağabala Ramazanov "təyyarəçilər"i ikinci dəfə məyus edib - 2:0.

Görüş bu hesabla da başa çatıb.

"Sumqayıt" qələbə sayəsində turnir cədvəlindəki ən yaxın qonşusu olan AZAL-la xal fərqini 4-ə endirib. AZAL 25 xalla 7-ci, "gənclik şəhəri" təmsilçisi isə 21 xalla 8-ci pillədədir.

Qeyd edək ki, turun açılış oyununda "İnter" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi