Bu gün ​Azərbaycan Premyer Liqasında V turun son oyunu keçiriləcək

Bu gün ​Azərbaycan Premyer Liqasında V turun son oyunu keçiriləcək "Qəbələ" ilk "3-lük", "Sumqayıt" ilk qələbə uğrunda mübarizə aparacaq
Futbol
21 Sentyabr , 2015 09:53
Bu gün ​Azərbaycan Premyer Liqasında V turun son oyunu keçiriləcək

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turun son oyunu keçiriləcək. "Report"un məlumatına görə, "Qəbələ" doğma meydanda "Sumqayıt"la qarşılaşacaq.

Hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan baş məşqçi Roman Qriqorçukun komandası görüşdən qalib ayrılsa, ilk "üçlüy"ə yüksələcək. Hazırda 8-ci pillədə olan və hələ qələbə qazana bilməyən "Sumqayıt" isə yalnız 3 xalla qazanacağı təqdirdə, turnir cədvəlində irəliləyə biləcək.

İki komanda bu günədək 12 dəfə üz-üzə gəlib. Qəbələdə baş tutmuş 6 görüşdə "gənclik şəhəri" təmsilçisi xal qazana bilməyib. Son 3 qarşılaşmanın hər birində qapılara 2 top vurulub. "Qəbələ" əvvəlki 12 matçın hamısında qol sevinci yaşayıb. "Sumqayıt" 1 dəfə qələbə qazana bilibsə, "qırmızı-qaralar" 10 oyundan qalib ayrılıb. Komandalar yalnız bir görüşü heç-heçə ilə başa vurublar.

Azərbaycan Premyer Liqası, V tur

21 sentyabr

21:00. "Qəbələ" – "Sumqayıt"

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Qəbələ şəhər stadionu

Əvvəlki qarşılaşmalar: 12 oyun, +10=1-1, top fərqi 27-8

20 sentyabr (bazar)

"Kəpəz” – "Qarabağ” - 2:3

Qollar: Bəxtiyar Soltanov, 49. Şəhriyar Rəhimov, 90+3 - Coşqun Diniyev, 38-penalti ilə. Samuel Armenteros, 50. Elvin Məmmədov, 75-penalti ilə

"Neftçi” – "Xəzər Lənkəran” - 1:1

Qollar: Araz Abdullayev, 58 - Rahid Əmirquliyev, 60

19 sentyabr (şənbə)

AZAL – "İnter” - 0:1

Qol: Nizami Hacıyev, 16

"Zirə” – "Rəvan” - 2:1

Qollar: Rəşad Abdullayev, 13-penalti ilə. Yovan Kmeta, 24 - Tural Qürbətov, 63

Son xəbərlər

Orphus sistemi