Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə paytaxt komandalarından 4-ü meydana çıxacaq.
Görüşlərdən biri debütantlar arasında baş tutacaq. Hələ də məğlubiyyət üzü görməyən "Zirə" qələbəyə həsrət "Rəvan"ı qəbul edəcək. Bu komandalar indiyədək Premyer Liqada qarşılaşmayıblar.
Keçirdiyi bütün görüşlərdən məğlub ayrılan AZAL isə "Dalğa Arena"da "İnter"i sınağa çəkəcək. 27-ci paytaxt derbisinə 10-cu qələbə üçün çıxacaq “İnter” 7 oyundur rəqibinə uduzmur. AZAL-ın son 3 ev oyununda hər iki komanda qol sevinci yaşayıb. Səfərdəki son 6 qarşılaşmada xal qazanan “İnter” 4 il 5 aydır rəqib meydanında xalsız qalmır.
Qeyd edək ki, hər iki matç eyni saatda başlanacaq.
Azərbaycan Premyer Liqası, V tur
19 sentyabr (şənbə)
21:00. AZAL – “İnter”
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Asim Xudiyev
Bakı, “Dalğa Arena”
Əvvəlki qarşılaşmalar: 26 oyun, +5=12-9, top fərqi 20-24
21:00. “Zirə” – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Nahid Əliyev, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu
20 sentyabr (bazar)
16:30. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu
21:00. “Neftçi” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı, “Bakcell Arena”
21 sentyabr (bazar ertəsi)
21:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Qəbələ şəhər stadionu