Azərbaycan Premyer Liqasında təxirə salınmış oyunun vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqasında təxirə salınmış oyunun vaxtı açıqlanıb Görüş sentyabrın 22-də keçiriləcək
Futbol
19 Sentyabr , 2016 16:09
Azərbaycan Premyer Liqasında təxirə salınmış oyunun vaxtı açıqlanıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Qəbələ” – “Sumqayıt” görüşünün tarixi və başlanma vaxtı müəyyənləşib. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş sentyabrın 22-də keçiriləcək. 

Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 17:00-da çalınacaq. Oyun CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq. 

Qeyd edək ki, bu matç avqustun 21-də keçirilməli idi. Lakin “Qəbələ”nin Avropa Liqasında uğurlu çıxışı və Azərbaycanı qrup mərhələsində təmsil etmək perspektivini nəzərə alan PFL “Sumqayıt” klubunun razılığına əsasən oyunu təxirə salıb. 

Son xəbərlər

Orphus sistemi