​Azərbaycan Premyer Liqasında son turun keçirilmə tarixi məlum olub

​Azərbaycan Premyer Liqasında son turun keçirilmə tarixi məlum olub Oyunlar mayın 20-də keçiriləcək
Futbol
16 May , 2016 12:42
​Azərbaycan Premyer Liqasında son turun keçirilmə tarixi məlum olub

Bakı. 16 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünün son turunun keçirilmə tarixi açıqlanıb. Peşəkar Futbol Liqasından "Report"a verilən məlumatına görə, XXXVI turun oyunları əvvəlcədən müəyyənləşdirildiyi kimi mayın 21-də deyil, bir gün əvvəl keçiriləcək.

Turun bütün oyunları eyni saatda start götürməsə də, prinsipial qarşılaşmalar eyni anda başlayacaq. Üçüncü yerin sahibini müəyyən edəcək "Zirə" - "İnter" və "Kəpəz" - "Qəbələ" matçı eyni saatda start götürəcək. Həmçinin "Qarabağ" - AZAL və "Sumqayıt" - "Neftçi" oyunu da bu siyahıya daxildir.

Premyer Liqanın yayımçısı "CBC Sport" mövsümün son turunda tamaşaçılara iki oyun təqdim edəcək. Bunlar sonuncu yerin sahibini müəyyən edəcək "Rəvan" - "Xəzər Lənkəran" və çempionatın qızıl medallarının təqdim olunacağı "Qarabağ" - AZAL oyunudur.

Son xəbərlər

Orphus sistemi