Azərbaycan Premyer Liqasında növbəti turun oyunları eyni gündə keçirilməyəcək

Azərbaycan Premyer Liqasında növbəti turun oyunları eyni gündə keçirilməyəcək "Kəpəz" - "Qəbələ" matçının yeri dəyişdirilib
Futbol
29 Oktyabr , 2015 17:30
Azərbaycan Premyer Liqasında növbəti turun oyunları eyni gündə keçirilməyəcək

Bakı. 29 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun oyun cədvəli məlum olub. "Report"un məlumatına görə, Peşəkar Futbol Liqası (PFL) Milli Məclisə seçkilər və görüşlərin canlı yayımlanmasını nəzərə alaraq görüşlərin başlama vaxtında dəyişiklik edib. 

İlkin olaraq noyabrın 1-də keçirilməsi planlaşdırılan qarşılaşmalar oktyabrın 31-də baş tutacaq. Eyni turun daha 2 qarşılaşması isə seçkilər və canlı yayımla əlaqədar 2 noyabrda keçiriləcək. 

Digər tərəfdən, "Kəpəz” klubu PFL-ə müraciət edərək “Qəbələ” ilə görüş yerinin dəyişdirilməsini xahiş edib. Buna səbəb yağışlardan sonra Gəncə şəhər stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdır. Bunu və “Qəbələ” klubunun razılıq məktubunu əsas götürən qurum matçın yerini dəyişib. Beləliklə, XI turun oyunu “Qəbələ” – “Kəpəz”, III dövrənin XIX turunun matçı isə “Kəpəz” – “Qəbələ” kimi qeydə alınacaq.

Azərbaycan Premyer Liqası, XI tur

31 oktyabr (şənbə)

16:00. “İnter” (Bakı) – “Zirə” (Bakı)

Bakı, “İnter Arena”

18:00. “Qəbələ” – “Kəpəz” (Gəncə)

Qəbələ şəhər stadionu

19:00. “Qarabağ” (Ağdam) – AZAL (Bakı)

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

02 noyabr (bazar ertəsi)

19:00. “Sumqayıt” – “Neftçi” (Bakı)

Sumqayıt, “Kapital Bank Arena”

21:00. “Rəvan” (Bakı) – “Xəzər Lənkəran”

Bakı, “Bayıl Arena”

Son xəbərlər

Orphus sistemi