"Böyük oyun"un baş hakimi müəyyənləşib

"Böyük oyun"un baş hakimi müəyyənləşib Azərbaycan Premyer Liqasında növbəti turun oyunları yenə eyni referilərə tapşırılıb
Futbol
12 Fevral , 2016 12:06
Böyük oyunun baş hakimi müəyyənləşib

Bakı. 12 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun hakim təyinatları müəyyənləşib. "Report"un məlumatına görə, AFFA Hakimlər Komitəsi FİFA referiləri Orxan Məmmədovla Əliyar Ağayevi yenə heç bir oyuna göndərməməyi qərara alıb. 

Eyni zamanda sabiq beynəlxalq dərəcəli hakim Fariz Yusifov da yenə təyinatsız qalıb. Əvəzində Rəhim Həsənov "Neftçi" və "Xəzər Lənkəran" arasındakı "Böyük oyun"u idarə edəcək. Turun mərkəzi matçı sayılan "Kəpəz" - "Qarabağ" qarşılaşması isə gənc referi Ömər Paşayevə tapşırılıb. Ötən turun oyunlarını idarə etmiş baş hakimlər yenə iş başında olacaqlar.  

Qeyd edək ki, Orxan Məmmədov axırıncı dəfə mövsümün ilk yarısında son turun "Sumqayıt" - "Rəvan" görüşündə baş hakim olub. Əliyar Ağayevlə Fariz Yusifov isə müvafiq olaraq, XIX turun "Neftçi" - "Sumqayıt" və "Kəpəz" - "Qəbələ" matçlarını idarə edib. 

13 fevral (şənbə)

14:30. AZAL – “İnter”

Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Coşqun Həsənov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Rövşən Əhmədov

Bakı, "AZAL Arena"

17:00. “Neftçi” – “Xəzər Lənkəran”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Nail Nağıyev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Gülağa Cabarov

Bakı, “Bakcell Arena”

14 fevral (bazar)

15:00. “Kəpəz” – “Qarabağ”

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Munis Abdullayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Asim Xudiyev

Gəncə şəhər stadionu

17:30. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Əhmədağa Cabbarov

Qəbələ şəhər stadionu

15 fevral (bazar ertəsi)

18:30. “Zirə” – “Rəvan”

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Murad Məmmədov

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, bütün oyunlar CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi